Ağstafada meyiti tapılan şəxsin kimliyi müəyyənləşib - YENİLƏNİB-1

Ağstafada meyiti tapılan şəxsin kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB-1
# 02 dekabr 2017 20:56 (UTC +04:00)

Ağstafada aşkar olunan meyitin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti aşkarlanan şəxs Qazax şəhər sakini 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğludur. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun içkili vəziyyətdə kanala düşərək öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

***** 19.15

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu Ağstafada kişi meyitinin tapılması ilə əlaqədar məlumat yayıb.

Qrupdan APA-nın Qərb bürosuna verilən məlumata görə, bu gün Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb.

Meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə“KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum, sarımtıl rəngli köynək olub.

"Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, Ağstafa Rayon Polis Şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

*** SAAT 12:53


Ağstafa rayonu ərazisində kişi meyiti taplıb.

APA-nın Qərb bürosunun məlumatına görə, meyit rayonun Aşağı Göycəli kəndi ərazinsindəki su kanalında aşkarlanıb.

Meyit kənd sakinlkərindən biri tərəfindən tapılıb. Kənd sakini dərhal hüquq-mühafizə orqanlarına bu barədə məlumat verib.

Meyiti tapılan şəxsin kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR