Nazir müavini: "Gələn il ölkədə icbari tibbi sığortanın sahəsi genişlənəcək"

Nazir müavini: "Gələn il ölkədə icbari tibbi sığortanın sahəsi genişlənəcək"
# 28 sentyabr 2017 10:59 (UTC +04:00)

Azərbaycanda illik icbari tibbi sığortanın xidmət haqqı ilə bağlı məsələyə baxılır.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, bu məsələ hələ də müzakirə olunur. 2016-cı ildən səhiyyə islahatlarının vacib hissəsi olan icbari tibbi sığortanın pilot layihələrinin tətbiqinə başlandığını xatırladan nazir müavini qeyd edib ki, Mingəçevir şəhəri və Yevlax rayonunda icra olunan icbari tibbi sığortanın gələn il sahəsi genişlənəcək.

E. Ağayev tibb işçilərinin sertifikasiyası məsələsinə də münasibət bildirib: “Uzun illərdir bu proses həyata keçirilir. Beş ili tamam olan həkimlər və tibb işçiləri yenidən sertifikasiyaya cəlb olunurlar. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında icra olunur. Sertifikasiyadan keçməyən həkimlər tibb fəaliyyəti ilə məşğul olmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR