Neftçalada ot yüklü “KaMAZ” elektrik xəttinə ilişərək yanıb

Neftçalada ot yüklü “KaMAZ” elektrik xəttinə ilişərək yanıb
# 22 iyul 2018 17:25 (UTC +04:00)

Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş "90 MU 443" dövlət nömrə nişanlı “KaMAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, alov bürüyən yük avtomobili yoldan çıxaraq qaz kəmərinə çırpılıb.

Nəticədə kəndə qaz verilişi dayanıb. Yük avtomobili tamamilə yanıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və avtomaşını cəlb olunub. Alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR