Binəqədidə Gənclər Günü qeyd edilib

Binəqədidə Gənclər Günü qeyd edilib
# 02 fevral 2018 09:44 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “2 Fevral Gənclər Günü” qeyd edilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Binəqədi rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, Binəqədi rayonunun fəal gəncləri, 9-cu və 10-cu qrup ASAN Xidmət könüllüləri iştirak ediblər. Tədbirdə çıxış edən ASAN Xidmətin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev gənclərin milli-mənəvi dəyərlərə sadiq və tükənməz güc olduğunu söyləyib. O, bu gün dövlətimizin gənclərin gücünə inandığını və bütün sahələrdə həmin gücdən istifadə edildiyini deyib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirib.

Sonda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan gəncliyinin tam müstəqil olduğunu və bu müstəqilliyə inandığını, onun üzərində qurulmuş siyasi tempin ölkəmizin daha da inkişaf etməsinə zəmin yaradacağını söyləyib. O, böyük tribunalarda, siyasi arenalarda, beynəlxalq tədbirlərdə Azərbaycan gənclərinə inanıldığını və bu qarşılıqlı harmoniyanın qüdrətli, müasir, güclü Azərbaycanın inkişafında böyük əhəmiyyətinin olduğunu söyləyib.

Çıxışlardan sonra Binəqədi rayonunda “Master-2” layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edilib. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR