Aİ rəsmisi: “2021-ci ilə qədər Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyalar 30 milyard dollara çatmalıdır”

Aİ rəsmisi: “2021-ci ilə qədər Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyalar 30 milyard dollara çatmalıdır”
# 05 iyun 2018 08:50 (UTC +04:00)

Azərbaycan və Avropa İttifaqının münasibətləri strateji tərəfdaşlıq mövqeyindədir.

APA-Economics”in məlumatına görə, bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi (DG NEAR) üzrə Baş Direktoratı, Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit bu gün Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi münasibətlər biznes mühitinin yaxşılaşdırılması üçün ortada olan maneələri aradan qaldırmaq üçün bir fürsətdir. “Avropa İttifaqı ölkələrinin Azərbaycan üçün çağırışları var və bu çağırışlar bütün Avropa İttifaqı ölkələrinə aiddir. Bunlardan biri yeni müasir texnologiyalar və innovasiyalardan istifadəyə aiddir. Digəri isə investisiyaların əhəmiyyətidir. Biz elə bir sxem qurmalıyıq ki, 2021-ci ilə qədər Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi çərçivəsində investisiyalar 30 milyard dollara çata bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR