UEFA Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçıları müəyyənləşib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin iştirakçıları müəyyənləşib
# 06 avqust 2015 10:57 (UTC +04:00)

Bakı-APA. UEFA Çempionlar Liqasının pley-ofa mərhələsində çıxış edəcək klubların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin 15 qalibi yarışa pley-offdan başlayacaq 5 komandaya qoşulub.

Bu 20 klubdan 10-u öz ölkəsinin çempionu, 10-u isə yüksək reytinqli çempionatların təmsilçiləridir. Avqustun 7-də baş tutacaq püşkatma öncəsi bu komandalar səbətlərə də bölünüb. Hər iki “onluq” əmsalına görə iki hissəyə ayrılıb. Azərbaycan çempionu “Qarabağ”ı qitənin ən nüfuzlu klub turnirində mübarizədən kənarlaşdıran Şotlandiyanın “Seltik” klubu çempionlar yolunda səpələnən komandalar arasında yer alıb.

Çempionlar Liqası

Pley-off mərhələsi

Çempionlar

Səpələnmişlər

“Bazel” (İsveçrə)

“Seltik” (Şotlandiya)

APOEL (Kipr)

BATE (Belarus)

"Dinamo" (Zaqreb, Xorvatiya)

Səpələnməmişlər

“Makkabi” (Təl-Əviv, İsrail)

“Partizan” (Serbiya)

“Malmö” (İsveç)

“Skenderbeu” (Albaniya)

“Astana” (Qazaxıstan)

Qeyri-çempionlar

Səpələnmişlər

“Mançester Yunayted” (İngiltərə)

“Valensiya” (İspaniya)

“Bayer” (Almaniya)

“Şaxtyor” (Ukrayna)

“Sportinq” (Portuqaliya)

Səpələnməmişlər

MOİK (Rusiya)

“Latsio” (İtaliya)

“Brügge” (Belçika)

“Monako” (Fransa)

“Rapid” (Avstriya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR