Şəkidə maskalı şəxs mağazadan oğurluq edərkən yaxalanıb

Şəkidə maskalı şəxs mağazadan oğurluq edərkən yaxalanıb
# 22 may 2018 10:23 (UTC +04:00)

Mayın 21-nə keçən gecə saat 01.20-də Şəki Rayonlararası Mühafizə Şöbəsinə şəhər ərazisindəki qorunan mağazaların birindən həyəcan siqnalı daxil olub.

DİN-dən APA-ya bildirilib ki, hadisə yerinə - M.Müşfiq küçəsindəki “Uşaq aləmi” mağazasına gedən polis əməkdaşları qapının qıfılını sındıraraq oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayıblar.

Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu müəyyənləşib. Şəxsi axtarış zamanı ondan 1 ədəd maska, 2 ədəd şüşəkəsən və 1 ədəd qıfılsındıran alət aşkarlanaraq, götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR