İstanbulda Osmanlı coğrafiyasında arxivlərin vəziyyətinə dair konfrans keçirilir

İstanbulda Osmanlı coğrafiyasında arxivlərin vəziyyətinə dair konfrans keçirilir
# 20 noyabr 2017 14:25 (UTC +04:00)

İstanbulda Osmanlı coğrafiyasında arxivlərin vəziyyətinə dair II Beynəlxalq konfrans keçirilir.

APA-nın İstanbul bürosunun məlumatına görə, Türkiyə Prezident Aparatının dəstəyi, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin təşkilatçılığı ilə keçirilən toplantıda Orta və Uzaq Şərq, Afrika, Qafqaz, Orta Asiya ölkələrindən alimlər və arxivşünaslar iştirak edirlər. Toplantıda iştirak edən Kayseridəki Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı toplantının faydalı olduğunu bildirib O, toplantıda Türkiyədə məlum olmayan Ermənistan arxivlərindəki mühüm materiallar barədə danışacaq.

Azərbaycan Dövlət Arxivinin direktoru Emin Sərdarov isə deyib ki, beynəlxalq toplantılar ölkənin imkanlarını nümayiş etdirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Konfrans noyabrın 24-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR