Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub

Şəmkirdə saxta pul hazırlayan şəxs tutulub
# 18 noyabr 2017 09:40 (UTC +04:00)

Azərbaycanda saxta pul hazırlayan şəxs tutulub.

APA-nın məlumatına görə, polis əməkdaşları Şəmkir rayon sakini Bəhruz Nuriyevin yaşadığı evdə axtarış aparıblar.

Axtarış zamanı oradan 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 100 ABŞ dolları saxta əsginas, 1 ədəd printer, saxta pul çap etmək üçün nəzərdə tutulan 200 ədəd qara rəngli kağız və 1 kiloqramdan çox gümüşü civə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR