Bank Of Baku

Livandan İsrailə raket zərbələri endirilib - VİDEO

"Hizbullah"ın atdığı raket zərbələri "Dəmir Gümbəz" vasitəsilə zərərsizləşdirilib

© APA | "Hizbullah"ın atdığı raket zərbələri "Dəmir Gümbəz" vasitəsilə zərərsizləşdirilib

# 06 avqust 2021 13:49 (UTC +04:00)

Livandan İsrailə raket zərbələri endirilib.

APA-nın "Times of Israel"ə istinadən verdiyi xəbərə görə, Livan ərazisindən İsrailə 10-dan çox raket atılıb. 

İsrail Müdafiə Nazirliyi bildirib ki, raketlərin çoxu havada zərərsizləşdirlib, bəzi raketlər isə Dov dağı yaxınlığındakı açıq əraziyə düşüb.

"Hizbullah" bu zərbələrlə bağlı məsuliyyəti öz üzərinə götürüb.

İtki və dağıntılar barədə hələ ki, məlumat verilmir. 

İsrail Müdafiə Qüvvələri raket zərəblərinə cavab olaraq Livandakı hədəflərə artileriya atəşi açıb.

İsrail Baş naziri Naftali Bennett vəziyyəti qiymətləndirmək üçün müdafiə naziri Benni Qantz və İsrail  Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi ilə görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR