ATƏT PA sədri: "Azərbaycan ATƏT-in çox vacib üzvüdür"

ATƏT PA sədri: "Azərbaycan ATƏT-in çox vacib üzvüdür"
# 13 mart 2018 07:30 (UTC +04:00)

"Azərbaycan ATƏT-in çox vacib üzvüdür".

APA-nın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli deyib.

O qeyd edib ki, Azərbaycanın ATƏT PA-da çox səmərəli fəaliyyət göstərən nümayəndə heyəti var.

"Biz Azərbaycan nümayəndə heyəti ilə əməkdaşlıq şəklində İpək Yolu Layihəsini həyata keçiririk və onun ilk nəticələrini görürük. Hazırda 22 ölkə bu qrupun üzvüdür. Bu kimi layihələr çox vacib və ambisiyalıdır. Azərbaycan, Gürcüstan və Türkiyə bu yolun Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi kimi çox vacib bir hissəsini inkişaf etdirir. Ölkələri birləşdirmək çox vacibdir. Bu, biznes üçün də geniş imkanlar açır", - deyə ATƏT PA sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR