İranda 25 gəmi yanıb

İranda 25 gəmi yanıb
# 22 iyul 2017 13:05 (UTC +04:00)

İranda 25 gəmi yanıb. APA-nın “vestikavkaza.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə Kanqan liman şəhərində baş verib. Hadisə nəticəsində 8 nəfər dəm qazından zəhərlənib və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Gəmi sahiblərinə ümumilikdə 2 milyon dollar məbləğində ziyan dəyib. Məlumata görə, sahilə kəndirlə bağlı olan qayıqların birində suyu çəkmək üçün quraşdırılan nasos yanıb. Alov tez bir zamanda yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR