Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru məhkəmədə ifadə verib

Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru məhkəmədə ifadə verib
# 01 iyun 2018 09:08 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin dələduzluqda və rüşvətə təhrik etməkdə sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Məlahət Abbasova bildirib ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsində inspektor vəzifəsində işləyib və K. Ağazadəni tanıyıb: "Bir gün zərərçəkmiş Həcər Kəngərli probleminin olduğunu dedi. Bildirdi ki, Kəmalə Ağazadə ilə aralarında münaqişə baş verib. Məndən onları barışdırmağımı istədik. Biz də bunun üçün əlimizdən gələni etdik. Dəqiq bilirəm ki, Həcərin Kəmaləyə qarşı ittihamı şər və böhtandır".

Şahid Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sabiq direktoru Vasif Akifli ifadəsində deyib ki, Həcər Kəngərli ilə bir yerdə işləyib: "O, sığınacaqdan işdən çıxarılandan sonra mən bura gəlmişəm. Amma bu proseslərdən sonra gözə görünməyən qüvvələr həmin xanımla əlbir olub, mənim ictimai nüfuzuma xələl gətirir. Məqsəd sığınacaqda işləməyim və Kəmalə xanımla yaxın ailə dostu olmağımdır. Müxtəlif zamanlarda şantaj olunuram. Mən heç kəsdən pul almamışam və kimisə işə götürüb, çıxartmaq kimi səlahiyyətim də olmayıb".

Qeyd edək ki, K. Ağazadə Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR