Suriyanın Afrin bölgəsində 3300 PYD/YPG terrorçusu zərərsizləşdirilib

Suriyanın Afrin bölgəsində 3300 PYD/YPG terrorçusu zərərsizləşdirilib
# 11 mart 2018 11:31 (UTC +04:00)

Bu günə Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatında 3300 terrorçu zərərsizləşdirilib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Türkiyə prezidenti "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu il yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR