Makedoniyada fövqəladə vəziyyət rejimi elan olunub

Makedoniyada fövqəladə vəziyyət rejimi elan olunub
# 06 avqust 2017 18:20 (UTC +04:00)

Makedoniya hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, buna ölkədə tüğyan edən meşə yanğınları səbəb olub.

Makedoniyanın daxili işlər naziri Oliver Spasovski fövqəladə vəziyyət rejiminin 30 gün müddətinə tətbiq edildiyini bildirib. İki həftə davam edən kütləvi meşə yanğınları zamanı bir nəfər ölüb, ölkənin mərkəzi regionunda isə iki ev tamamilə yanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR