Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 22:00-da Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Şirvan sakini, 1991-ci il təvəllüdlü Mahmudov Namiq Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq magistralın kənarındakı yaşıllığa aşıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1992-ci il təvəllüdlü Şahbazov Nurani Ələkbər oğlu, 1992-ci il təvəllüdlü Əliyev Vüqar Mətləb oğlu və 1993-cü il təvəllüdlü Əlizadə Sabir Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Qəza nəticəsində şəhər təsərrüfatına ciddi ziyan dəyib. 10-a yaxın çoxillik şam ağacı sıradan çıxıb.
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.