Yeni dərs ilindən Naxçıvanda müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşları artırılacaq

Yeni dərs ilindən Naxçıvanda müəllimlərin həftəlik dərs yükü və vəzifə maaşları artırılacaq
# 24 iyun 2015 15:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması və vəzifə maaşları artırılıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Bu sərəncam 2015-ci il sentyabr ayının 15-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR