Lavrov: "Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil"

Lavrov: "Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil"
# 30 avqust 2017 12:14 (UTC +04:00)

"Rusiya İsrailə kiminsə hücum hazırladığı barədə məlumata malik deyil".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərlı həmkarı ilə keçirdiyi danışıqların yekununa dair mətbuat konfransında bildirib. O, İranın İsrailə zərbə endirmək üçün Suriya və Livanda yüksək dəqiqilikli raketlər yerləşdirmək üçün meydança yaratmaq niyyətində olması ilə bağlı suala cavabında belə deyib.



Suriya və İran arasındakı əməkdaşlığın xarakteri barədə məsələyə toxunan Lavrov qeyd edib ki, əgər Tehran və Dəməşqin hər hansı sahədə ikitərəfli əməkdaşlığı beynəlxalq hüququn əsas normaları pozulmadan həyata keçirilirsə, bu, heç kəsdə narahatçılıq oyatmamalıdır: "Yox, əgər kimsə Yaxın Şərqdə və ya dünyanın digər regionunda hər hansı dövlətin ərazi bütövlüyünü, suverenliyini əlindən almaq yolu ilə beynəlxalq hüququ pozmağı planlaşdırırsa, əlbəttə ki, bu Yaxın Şərqin və Şimali Afrikanın bütün dövlətləri tərəfindən mühakimə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR