Azərbaycan elektrik enerjisinin ixracını 3 dəfəyədək artırıb

Azərbaycan elektrik enerjisinin ixracını 3 dəfəyədək artırıb
# 20 oktyabr 2017 12:52 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 36 mln. 232,16 min ABŞ dolları dəyərində 812 min 338,69 kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 519 min 609,83 kVt/saat və ya 2,77 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 23 mln. 299,74 min dollar və ya 2,8 dəfə çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 12 mln. 932,42 dollar dəyərində 292 min 728,86 kVt/saat təbii qaz ixrac edilib.

Qeyd edək ki, elektrik enerjisinin ixracı Azərbaycanın bu ilin doqquz ayında ümumi ixracının 0,44%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR