Azərbaycan İpoteka Fondu hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb

Azərbaycan İpoteka Fondu hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb
# 05 avqust 2015 11:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) hesabına bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 31 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2015-ci il iyulun 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “AGBank” liderdir. Hesabat dövründə bu bank 1376 ipoteka krediti verib. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi "Bank Standard" (1303 kredit), "Xalq Bank" (1293 kredit), “Muğanbank” (1196) və "Dəmirbank" (1110 kredit) tamamlayır.

“Azər-Türk Bank” (28 kredit), “Yapı Kredi Bank”(25), "Azərbaycan Sənaye Bankı" (17), “Rabitəbank” (15), "Azərbaycan Kredit Bankı" (14) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR