Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən qadın məhkəmə zalından azadlığa buraxılıb
# 26 oktyabr 2017 10:57 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yasəmən Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y. Nəcəfova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Etibar Akif oğlu Musayev ərizə ilə 17-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bu ilin yanvar-avqust aylarında 1973-cü il təvəllüdlü Yasəmən Sabir qızı Nəcəfova onun etibarından sui-istifadə edərək 40 min manat alıb və qaytarmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR