Parlamentdə Qarabağ veteranlarına pensiyaya çıxandan sonra da müavinət verilməsi təklif olunub

Parlamentdə Qarabağ veteranlarına pensiyaya çıxandan sonra da müavinət verilməsi təklif olunub
# 14 oktyabr 2016 11:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov-APA. “Əmək və əhalinin sosial müdafiəsi naziri mənə Qarabağ müharibəsi veteranı vəsiqəsini alanlarla bağlı elə bir rəqəm dedi ki, bunu parlamentdə səsləndirmək belə istəmirəm. Bizdə o sayda Qarabağ müharibəsi iştirakçıları olmayıb”.

APA-Economics-in məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə olunarkən Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib. S. Novruzov deyib ki, döyüşlərdə iştirak etmiş və haqqı olan bəziləri veteran vəsiqəsi ala bilməyib: “Ancaq elələri var ki, haqqı olmaya-olmaya haqqı olanların haqqını alır. Onlar heç təmas xəttində olmayıblar”.

S. Novruzov qeyd edib ki, Qarabağ müharibəsi veteranlarına 50 manat müavinət verilir: “Ancaq o insanlar pensiyaya çıxan zaman həmin müavinət dayandırılır. Onlar pensiyaya çıxanda yenə də veteran olaraq qalırlar. Yaxşı olardı ki, pensiyaya çıxandan sonra da bu vəsait verilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR