ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var

ABŞ-da ticarət mərkəzində atışma olub, yaralananlar var
# 06 mart 2018 03:11 (UTC +04:00)

ABŞ-ın Senford şəhərində (Florida ştatı) ticarət mərkəzinin ərazisində atışma baş verib.

APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, insident ticarət mərkəzinin avtomobil dayanacağında qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var. Ticarət mərkəzinin əməkdaşları və müştəriləri təxliyə edilib.

İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, fevralın 14-də ABŞ-ın Parkland şəhərində (Florida ştatı) məktəbdə baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR