Tovuzda yük avtomobilləri toqquşub

Tovuzda yük avtomobilləri toqquşub
# 28 oktyabr 2016 10:08 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

MAZ və KamAZ markalı yük avtomobillərinin toqquşması nəticəsində MAZ-ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR