Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 11 sentyabr 2017 08:25 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Muxtariyyə kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Emin Hüseynov qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E. Hüseynov toyda dava zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR