Yaponiyada güclü qasırğa baş verib, ölən və yaralananlar var

Yaponiyada güclü qasırğa baş verib, ölən və yaralananlar var
# 23 oktyabr 2017 04:01 (UTC +04:00)

Yaponiyanın Honsü adasında baş verən güclü qasırğa nəticəsində 2 nəfər ölüb, 86 nəfər xəsarət alıb.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, “Lan” qasırğası ilə əlaqədar sahilboyu ərazilərdən insanlar təxliyə edilib, hava limanlarında 300 aviareys ləğv edilib, qatarların hərəkətində fasilələr yaranıb.

Vakayama prefekturasında 82 yaşlı kişi itkin düşüb. Hazırda “Lan” Xonsü adasının şimalına doğru hərəkət edir. Küləyin surəti vaxtaşırı saniyədə 45 metrə çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR