Bu il Azərbaycanda qızıl istehsalı 23% azalıb

Bu il Azərbaycanda qızıl istehsalı 23% azalıb
# 14 iyul 2018 08:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 2 396,1 kq qızıl istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 23,3% azdır. Bu ilin iyul ayının 1-nə 153,4 kq hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-iyun aylarında ölkədə 787,8 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin 6 ayının göstəriciləri ilə müqayisədə 4,4 dəfə çoxdur. Bu ilin iyulun 1-nə 64,2 kq hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR