Xaçmazda iki maşın toqquşub, xəsarət alan var

Xaçmazda iki maşın toqquşub, xəsarət alan var
# 26 dekabr 2016 08:44 (UTC +04:00)

Bu gün Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Lada” və “VAZ 21099” markalı iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan 1982-ci il təvəllüdlü Nazim Allahverdiyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR