Şahmar Mövsümov: "2017-ci il üzrə "VTB Bank"dan dividendlərin kəskin artmasını gözləyirik"

Şahmar Mövsümov: "2017-ci il üzrə "VTB Bank"dan dividendlərin kəskin artmasını gözləyirik"
# 11 aprel 2018 11:50 (UTC +04:00)

"Azərbaycan Dövlət Neft Fondunun Rusiyanın "VTB Bankı"nda payını artırmaq planları yoxdur".

"APA-Economics"in məlumatına görə, bunu Fondun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, ARDNF pay sahibi olduğu "VTB Bank"ından ötən il üzrə dividendinin yüksək olacağını gözləyir.

Ş.Mövsümov bildirib ki, bu ilin may ayında Sankt Peterburqda bankın səhmdarlarının ümumi yığıncağı keçiriləcək: "Bu yığıncaqda həm Müşahidə Şurasının yeni üzvləri təyin olunacaq, həm də 2017-ci ilin nəticələrinə əsasən dividendlərin ödənilməsi gözlənilir. Bu il əvvəlki ilə nisbətən dividentlərin kəskin artmasını gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR