Məhkum qadınlar və yetkinlik yaşına çatmayanlar üçün maarifləndirici tədbirlər keçirilib

Məhkum qadınlar və yetkinlik yaşına çatmayanlar üçün maarifləndirici tədbirlər keçirilib
# 24 fevral 2017 14:58 (UTC +04:00)

Bu gün 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar arasında profilaktik, Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbirlər keçirilib.

Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan APA-ya verilən məlumata görə, tədbirlərdə İşçi qrupunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr veriblər.

Sonda narkotiklər və narkomaniyanın törətdiyi fəsadlar barədə aydın təsəvvür yaradan videofilm nümayiş olunmuş, o cümlədən Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb. Bundan əlavə, cəzaçəkmə və tərbiyə müəssisələrinin oxu zalları əyani vəsaitlərlə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR