"Təmiz Şəhər" qanvermə aksiyası keçirib

"Təmiz Şəhər" qanvermə aksiyası keçirib
# 12 dekabr 2019 11:42 (UTC +04:00)

"Təmiz Şəhər" ASC növbəti qanvermə aksiyasını təşkil edib.

ASC-dən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" layihəsinə dəstək məqsədilə təşkil edilən aksiyada Səhmdar Cəmiyyətin 60-dan çox əməkdaşı talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara yardım üçün qan veriblər.

Qeyd edək ki, "Talassemiyasız həyat naminə" layihəsinə qoşulmaqla "Təmiz Şəhər" ASC tərəfindən hər il qanvermə aksiyası təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR