“Qazprombank” Ermənistandakı törəməsini satıb

“Qazprombank” Ermənistandakı törəməsini satıb
# 10 oktyabr 2016 19:39 (UTC +04:00)
Bakı - APA-Economics. “Qazprombank” Ermənistandakı törəməsi olan “Areksimbank”ı bu ölkədən olan investorlara satıb.
APA-Economics” “Prime” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya bankının yaydığı açıqlamada deyilir.
Əqdin dəyəri açıqlanmır.
Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyi sentyabr ayının 1-dən etibarən “Qazprom” və “Qazprombank”ın bir sıra strukturlarına qarşı sanksiya yürüdüb. Onların arasında “Areksimbank” da var.
“Areksimbank” Ermənsitanın bank sistemində 5-ci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR