Nazirlik: Buraxılış imtahanlarında məzunların 60 faizi bütün fənlərdən müsbət qiymət alıb

Nazirlik: Buraxılış imtahanlarında məzunların 60 faizi bütün fənlərdən müsbət qiymət alıb
# 05 yanvar 2017 10:35 (UTC +04:00)

Ötən il ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarında müsbət dinamika müşahidə olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib.

Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.

XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb.

2016-cı ilin fevral ayından start götürən əsaslı şəkildə təkmilləşdirilmiş I və V sinif, eləcə də yeni yaradılmış IX sinif dərslik layihələrinə dair ictimai rəy öyrənilib. Dərslik layihələrinə dair rəy və təkliflər Təhsil Nazirliyinin e-resurs.edu.az saytı və [email protected] elektron poçtu vasitəsilə qəbul edilib.

Ümumilikdə I, V və IX siniflər üzrə 77 dərslik layihəsi sayta yüklənib. Həmin dərslik layihələrinə dair 1544 rəy və təklif daxil olub. Daxil olan rəylərin 91 faizi IX sinif, 6 faizi V sinif, 3 faizi isə I sinif dərslik layihələrinə aiddir.

2016-cı ildə ümumtəhsil məktəblərinin I, II, III, IV, V, VII və IX sinifləri üçün 261 adda 6 623 135 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib. Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalında yerləşdirilən elektron kitabların sayı 143-dən 156-ya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR