Akif Əlizadə: “AMEA və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır”

Akif Əlizadə: “AMEA və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır”
# 21 dekabr 2016 08:51 (UTC +04:00)

”Azərbaycan Milli Elmlər Akademiyasında və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazası yaradılmalıdır”.

APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı deyib ki, həmin gənclərin sosial vəziyyətlərindən tutmuş, elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilmədir. O bildirib ki, gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır: “Elm və təhsilin inteqrasiyası ümum ictimai məna daşıyır. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır. Son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir. Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır”.

A. Əlizadə qeyd edib ki, AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac var: “Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələr isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR