Zimbabvenin sabiq baş naziri ölkəyə qayıdıb

Zimbabvenin sabiq baş naziri ölkəyə qayıdıb
# 16 noyabr 2017 03:54 (UTC +04:00)

Zimbabvenin sabiq baş naziri Morqan Tsvanqirayi ölkəyə qayıdıb.

APA-nın məlumatına görə, bu barədə “Sky News” xəbər verib.

Hazırkı prezident Robert Muqabenin əsas opponentlərindən biri sayılan Morqan Tsvanqirayi 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub. Onun oktyabr ayından etibarən müalicə məqsədi ilə Cənubi Afrika Respublikasında olduğu bildirilir.

Ötən gün hərbçilər prezident Rober Muqabenin iqamətgahı və dövlət teleradio şirkətinin binasını ələ keçiriblər. R. Muqabe Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı ev dustaqlığında saxlanıldığını deyib. Bundan sonra Muqabenin noyabrda istefaya göndərdiyi vitse-prezident Emmerson Mnanqaqva paytaxta qayıdıb.

Hərbçilər çevriliş etmədiklərini, cinayətkarlarla mübarizə tədbirləri həyata keçirdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR