Bakıda yanan binaya görə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmişlər ifadə verib

Bakıda yanan binaya görə təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmişlər ifadə verib
# 10 oktyabr 2017 09:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Zərərçəkmiş Nəzakət Səfərova və Camal Cəfərov ifadələrində təqsirləndirilən şəxsə qarşı şikayətlərinin olmadığını deyib.

Rövşən Vəliyev də ibtidai istintaqa ifadəsini təsdiq edib və hər hansı tələbinin olmadığını açıqlayıb.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonunda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquz mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Bununla bağlı “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.

N. Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Şirkətin rəhbərlərindən biri olan M. Vəliyev həmin vaxt ölkədə olmadığından sonradan həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Sadıqov və Z.Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

N. Muxtarovun cinayət işinə isə xitam verilməsi barədə hökm çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR