Bakıda ər arvadını bıçaqlayıb

Bakıda ər arvadını bıçaqlayıb
# 01 fevral 2018 01:22 (UTC +04:00)

Bakıda bıçaqlanma olub.

APA-nın verdiyi xəbərə görə, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.

Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir.

Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir.

Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR