Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarına 12 investor maraq göstərib

Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarına 12 investor maraq göstərib
# 19 sentyabr 2017 15:17 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.


BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 89.2430 AZN (12.1200%) və 93.0589 AZN (7.4999%) olan 27 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7156 AZN (7.9000%), orta ölçülmüş qiyməti 92.9129 AZN (7.6697%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,597,200.00 yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 18 sentaybr 2018-cu ildir.

Hərrac iştirakçıları 20 sentyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR