Şirvanda avtomobil 42 yaşlı piyadanı vurub

Şirvanda avtomobil 42 yaşlı piyadanı vurub
# 18 noyabr 2017 18:34 (UTC +04:00)

Şirvanda piyadavurma hadisəsi qeydə alınıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhərində Hacıqabul rayonu Nəvahi kənd sakini 1975-ci il təvəllüdlü Zeynalov Elşən Ağarza oğlu “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Yaralı piyada sürücü tərəfindən dərhal Şirvan şəhər xəstəxanasına gətirilib.

E.Zeynalov sağ bud və omba sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR