Binəqədidə gənclərin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil olunub

Binəqədidə gənclərin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiyası təşkil olunub
# 28 avqust 2017 09:02 (UTC +04:00)

Həmidə Əşrəfovanın layihə təşəbbüsü əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi, Binəqədi Bələdiyyəsinin birgə təşkilatçılığı ilə gənclərin İDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil edilib.

RİH-dən APA-ya bildirilib ki, ekskursiyada RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Xocasən, Biləcəri, M.Ə. Rəsulzadə bələdiyyələrinin əməkdaşları, layihə rəhbəri Həmidə Əşrəfova, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və ASAN könüllüləri iştirak ediblər.

Mərkəzin direktoru Surxay Şükürov bildirib ki, mərkəz 5 hektar ərazini əhatə edir. Martın 1-dən etibarən İDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.

Gənclər mərkəzin ərazisi ilə yaxından tanış olmuş və sahibsiz heyvanlara qayğı göstəriblər.

Sonda gənclər İcra Hakimiyyətinin adından İDEA Heyvanlara Qayğı Mərkəzinə öz hədiyyələrini təqdim ediblər.

İDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub. Noyabrın 10-da Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub.

Layihənin həyata keçirilməsində məqsəd heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibsiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR