“Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası Almaniyada çapdan çıxıb

“Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası Almaniyada çapdan çıxıb
# 09 mart 2018 07:07 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası rus dilində Almaniyada işıq üzü görüb.

AMEA-dan APA-ya verilən məlumata görə, Berlinin “Lambert akademik publishing” nəşriyyatında çap olunan kitabda qədim türk yazılı abidələrindəki feili bağlama və feili sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz qrupu türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilib.

Monoqrafiya müqəddimə, giriş, üç fəsil, qısa nəticələr və ədəbiyyat siyahısından ibarətdir. Nəşrin birinci fəslində qədim türk Orxon-Yenisey abidələrindəki feilin təsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən bəhs olunur. İkinci fəsildə bu abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiyası, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətləri diaxronik aspektdə araşdırılır. Üçüncü fəsildə bu abidələrdəki feili bağlamalar ilkin və törəmə olmaq üzrə iki qrupa ayrılıb.

Tədqiqatçı, həmçinin Orxon-Yenisey abidələrinin müasir dövrümüzə qədərki inkişaf tarixini Azərbaycan və Oğuz dilləri ilə müqayisəli planda izləyib və müəyyən maraqlı nəticələr əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR