İstanbulda hoteldə öldürülən məşhur türk aktyoru bu gün dəfn ediləcək

İstanbulda hoteldə öldürülən məşhur türk aktyoru bu gün dəfn ediləcək
# 29 avqust 2017 05:31 (UTC +04:00)

İstanbulda hoteldə meyiti tapılan məşhur aparıcı-aktyor Vatan Şaşmaz və keçmiş model Filiz Akerin nəşi ailələrinə təhvil verilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, meyitlər məhkəmə-tibb ekspertizasında müayinə edilib. Daha sonra mərhumların yaxınları cənazələri təhvil alıblar.

Vatan Şaşmazın avqustun 29-da dəfn ediləcəyi gözlənilir.

İstabul polisi Vatan Şaşmaz və Filiz Akerin ölümü ilə bağlı araşdırmaları davam etdirir. Hotelin təhlükəsizlik kamerasının görüntülərinə baxış keçirilib, hadisənin baş verdiyi otaqda üçüncü şəxsin olmadığı təsdiqlənib. İlkin ehtimala görə, Filiz Aker otaqdan çıxmaq istəyən Vatan Şaşmazı arxadan güllələyib, daha sonra isə intihar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR