Nazir: "Həştərxandakı iş mərkəzi Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrə təkan verəcək"

Nazir: "Həştərxandakı iş mərkəzi Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrə təkan verəcək"
# 31 may 2018 16:11 (UTC +04:00)

"Həştərxanda Azərbaycan İş Mərkəzinin açılması Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əlaqələrə təkan vermək üçün nəzərdə tutulub".

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft məhsulları ixracı üzrə birinci tərəfdaşıdır: "Bundan başqa, Rusiya Azərbaycanın idxal üzrə ikinci tərəfdaşıdır. Azərbaycan üçün Rusiya bazarı çox cəlbedicidir. Ölkəmizdə istehsal olunan yüksək keyfiyyətli məhsullar üçün Rusiya bazarı önəmlidir. Əminəm ki, Həştərxanda açılan iş mərkəzi bu əlaqələrin inkişafına ciddi töhfə verəcək. Biz ticarət əlaqələrimizi daha da dərinləşdirmək fikrindəyik. Bu gün 30-dan çox şirkət Azərbaycan İş Mərkəzində açılan sərgidə öz məhsullarını nümayiş etdirib. Bunlar yüksək keyfiyyətli məhsullardır. İnanıram ki, Həştərxan qapı rolunu oynayacaq, Azərbaycan məhsullarının digər regionlarda da satışı həyata keçiriləcək".


Nazir Həştərxandakı Azərbaycan İş Mərkəzində "Azərbaycan Şərab Evi" və "Azərbaycan Çay Evi" açmağı nəzərdə tutduqlarını da söyləyib: "Bu, Azərbaycanın şərab istehsalçıları üçün əlavə imkanlar yaradacaq. Azərbaycanın istehsal etdiyi çayın burada topdan və pərakəndə satışı həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR