Ağstafa sakini qonşusu tərəfindən döyülüb

Ağstafa sakini qonşusu tərəfindən döyülüb
# 04 dekabr 2017 17:10 (UTC +04:00)

Ağstafada döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xılxına kənd sakini, 1965-ci il təvəllüdlü Kazımov Xəlil Kazım oğlu mübahisə zəminində qonşusu tərəfindən döyülüb. Dava zamanı X. Kazımovun xəstə qızı həyəcanlanaraq özündən gedib. Hər iki nəfər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR