İsmayıl Berdiyev “Dostluq” ordeni ilə təltif edilib

İsmayıl Berdiyev “Dostluq” ordeni ilə təltif edilib
# 28 fevral 2019 10:47 (UTC +04:00)

Prezident İlham Əliyev İsmayıl Aliyeviç Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Berdiyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının dini lideridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR