Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib

Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib
# 26 fevral 2017 13:46 (UTC +04:00)

Bu gün Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımı qurbanları yad edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə xarici ölkələrin Tehrandakı diplomatik nümayəndələri, İran və Azərbaycandan qonaqlar iştirak ediblər.

Tədbirdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Xocalıda törədilən soyqırım barədə danışıb. Daha sonra Xocalı qətliamına dair sənədli film və klip nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR