“Old Trafford”da yanğın baş verib

“Old Trafford”da yanğın baş verib
# 30 yanvar 2017 14:55 (UTC +04:00)

“Mançester Yunayted”in stadionu “Old Trafford”da yanğın baş verib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yaşanıb.

Dərhal hadisə yerinə yollanan yanğınsöndürmə briqadası böyük təhlükənin qarşısını alıb. Yanğının hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. İlkin ehtimala görə, liftdəki nasazlıq tüstülənməyə səbəb olub.

Yanğın nəticəsində ölən və ya yaralanan olmayıb.

“Mankunianlar” yerli azarkeşləri sakitləşdirmək üçün rəsmi tvitter hesabı vasitəsilə məlumat yayıblar: “Bobbi Çarltonun adını daşıyan tribunada səhər saat 7-də kiçik yanğın baş vermişdi. Yanğın artıq söndürülüb. Hər şey nəzarət altındadı. Yanğının söndürülmə prosesi tez yerinə yetirilib. Buna görə də, stadiona yüngül zərər dəyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR