Gəncə sakini iş yerində ölüb

Gəncə sakini iş yerində ölüb
# 05 avqust 2017 10:57 (UTC +04:00)

Gəncə sakini işlədiyi sexdə dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən mebel sexində qeydə alınıb. Orada işləyən şəhər sakini 1957-ci il təvəllüdlü Hüseynov Hamlet Qara oğlunun halı pisləşib. Ona tibbi yardımın göstərilməsinə baxmayarq, həyatını xilas etmək mümkün olmayıb.

H. Hüseynov ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR