Səudiyyə Ərəbistanında bir qrup ekstremist edam olunub

Səudiyyə Ərəbistanında bir qrup ekstremist edam olunub
# 11 iyul 2017 19:37 (UTC +04:00)

Səudiyyə Ərəbistanında ölkənin Əl Katif bölgəsində çoxsaylı terror aktları törətməkdə günahkar bilinən 4 ekstremist edam olunub. APA-nın “Əl Ərəbiyyə” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı DİN-in bəyanatında bildirilir.

Şiələrin çoxluq təşkil etdiyi Əl Katif bölgəsində gənclərdən ibarət müxalif qruplaşmalar tərəfindən mütəmadi olaraq təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirilir. Ötən həftə törədilən hücum nəticəsində 1 hərbçi ölüb, 6-sı yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR