Salyan sakini həmkəndliləri tərəfindən bıçaqlanıb

Salyan sakini həmkəndliləri tərəfindən bıçaqlanıb
# 26 fevral 2017 14:35 (UTC +04:00)

Salyanda 25 yaşlı gənc bir neçə nəfər tərəfindən bıçaqlanıb.

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Pambıqkənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Paniyev Eşqin İsmixan oğlu döş qəfəsindən və bədəninin digər nahiyələrindən 3 bıçaq yarası alıb. E.Paniyev Şirvan şəhər Xəstəxanasına döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub və əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirlən gəncin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir. Qeyd edilir ki, hadisə E.Paniyevin həmkəndliləri tərəfindən törədilib. Həmin şəxslərin polis tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR